SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Bakıda quldurluq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində verir

Daxili İşlər Nazirliyindən saytımıza verilən məlumatda bildirilir ki, 19 oktyabr saat 22 radələrində Nəsimi rayonu ərazisində kirayədə yaşayan Bakı şəhər sakininin evinə gələn 2 nəfər bıçaqla ona xəsarət yetirərək evdən 4500 manat pulunu talayıb aparıblar. Bu barədə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Röyal Əhədzadə və əvvəllər də dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Anar Qafarov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.