SON XƏBƏRLƏR

Lənkəran şəhər sakini Bakı şəhərinin Binəqədi rayonu ərazisindəki mənzillərin birindən pul oğurlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Belə ki, Binəqədi rayonu ərazisindəki mənzillərin birindən 2000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Lənkəran şəhər sakini M.Atlı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.