SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Bakıda iki avtomobil qaçırıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə rayon ərazisində ayrı-ayrı vaxtlarda S.Səfərova məxsus “VAZ-2106” və E.Sadıqova məxsus “BMW” markalı avtomobillərin qaçırılması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilləri qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Fərəczadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.