Lənkəran rayon sakini Lerik rayon ərazisində qəza törədib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.
Hadisə 10 yanvar saat 12:00 radələrində Lerik rayonu ərazisində, Piran-Hamarat yolunda baş verib. Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi “Hyundai” markalı yük avtomobilini geriyə hərəkət etdirərkən Lerik rayonunun Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.
Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.