Kriminal qruplaşmaya başçılıq edən Lənkəran şəhər sakini Bakıda saxlanılıb. Bu haqda məlumat bu gün, 19 aprel tarixində Oxu.az-da paylaşılıb.
“Astarxan Anar” ləqəbi ilə tanınan Anar İsmayılov polis əməkdaşları tərəfindən ələ keçirilib. O və onun başçılıq etdiyi kriminal qruplaşma üzvləri Xəzər rayonu Binə qəsəbəsində saxlanılıb.
Məlumatda bildirilib ki, dəstə üzvlərində külli miqdarda narkotik və silah-sursat aşkar edilib.