SON XƏBƏRLƏR

Lənkəran rayon sakini həyat yoldaşını və onun nənəsini bıçaqlayandan sonra özünə xəsarət yetirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində Kriminalqafqaz.az-a istinadən verir.

Belə ki, hadisə Kürdəmir rayonunun Topalhəsənli kəndində baş verib.

39 yaşlı Hikmət Fikrət oğlu Əhədov 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 24 yaşlı Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra H.Əhədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə – anasıgilə qaçıb. Bu müddət ərzində H.Əhədov onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində yaşayan nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.

Qeyd edək ki, Hikmət Əhədov bundan öncə 6 dəfə evli olub.