SON XƏBƏRLƏR

Lənkəranda sakinlərin istirahət etmək üçün üz tutduqları “Sahil” parkında təhlükəli vəziyyət yaranıb. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az xəbər verir.

Parkın kənarında işıq dirəyinə bağlanmış elektrik naqili açıq vəziyyətdə qalıb. Kabellərin mühafizə olunması üçün xüsusi plastmaslar olsa da, həmin qoruyucu vasitələr yararsız hala düşüb.

Sakinlər qeyd edir ki, naqillərin açıq şəkildə qalması valideynləri narahat edir. Uşaqları təkbaşına parka buraxa bilməyən valideynlər məsələnin tez bir zamanda həll olunacağına ümid edirlər.

Həmçinin onu da qeyd edək ki, park ilə dəmir yolunun arasında təhlükəsizliyi təmin edən hasarın bir hissəsində dəmir arakəsmə yoxdur. Bu isə uşaqların dəmir yoluna qaçmalarına imkan yarada bilər.