SON XƏBƏRLƏR

Lənkəranlı şəhidlərimiz Romir Əliyev, Samir Allahverdiyev, Zaur Ağalı və Emin Muradovun məzarları ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının rəsmi şəxslərinin, şəhid ailələrinin və yerli sakinlərin iştirakı ilə rayon ərazisində dəfn edilən şəhidlərimizin məzarları ziyarət olunub.

Taleh Qaraşov Aşağı Nüvədi, İstisu qəsəbələri, Şiləvar və Biləsər kəndlərinin qəbiristanlıqlarındakı bütün şəhidlərimizin məzarlarını ayrı-ayrılıqda ziyarət edib. Icra başçısı şəhid ailələrinin üzvləri ilə söhbət edib və qayğıları ilə maraqlanıb. Taleh Qaraşov deyib ki, qəhrəman əsgər və zabitlərimizin şücaəti, cəsurluğu, vətənpərvərliyi və əzmi sayəsində xalqın ləyaqəti, milli qüruru bərpa edilib. Onun sözlərinə görə, qalib xalq kimi vüqarlı, məğrur, başıdik və alnıaçıq şəkildə məhz şəhidlərin, qazilərin və müharibə veteranlarının sayəsində azad etdiyimiz torpaqlarda əbədi yaşayacağıq.

Şəhid ailələri də göstərilən diqqətə və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.