SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ramid Əliyev və Elməddin Məmmədlinin anım günündə məzarlarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində verir.

İcra başçısı, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidlərimizin İstisu qəsəbə və Göyşaban kənd qəbiristanlıqlarındakı məzarları ziyarət olunub, qəbirləri üzərinə güllər düzülüb, ruhlarına dualar edilib.

Şəhid ailələrinin üzvləri ilə söhbət edən icra başçısı onların qayğı və istəkləri ilə maraqlanıb. Şəhid valideynləri övladlarının xatirəsinin əziz tutulmasından razılıqlarını bildiriblər.

Qeyd edək ki, hər iki şəhidimiz ölümlərindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.