SON XƏBƏRLƏR

Vətən müharibəsi şəhidlərimiz Kamran Əkpər oğlu Vəlizadə və Murad Mahmud oğlu Hüseynzadənin anım mərasimləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.

Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhid valideynlərinin və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Balıqçılar qəsəbə və Şağlaser kənd qəbiristanlıqlarındakı bütün şəhidlərimizin məzarları ziyarət edilib, qəbirləri üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. İcra başçısı şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyaclarını dinləyib. Şəhid valideynləri də onlara göstərilən diqqətə görə icra başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhidimiz Kamran Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, şəhidimiz Murad Hüseynzadə isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda