SON XƏBƏRLƏR

Lənkəranın Birinci Qarabağ müharibəsi şəhidi Rəsul Əbdülqəni oğlu Qurbanovun doğum günündə adını daşıdığı İstisu qəsəbə tam orta məktəbində xatirə lövhəsinin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.

Açılışı Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə edib. O,  qeyd edib ki, Rəsul kimi qəhrəmanlar gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi üçün canlı nümunələrdir. Şəhidin bacısı Maral Qurbanova rayon rəhbərliyinə hər zaman şəhid ailələrinə ehtiramla yanaşdıqları və bütün məsələlərin həllinə köməklik etdikləri üçün minnətdarlığını ifadə edib.

Çıxışlardan sonra İstisu qəsəbə tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Tədbirdən sonra Lənkəran ŞİH-nin başçısının müavini Mikayıl Cəfərzadə və yerli ictimaiyyətin nümayəndələri kənd qəbiristanlığında şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Lənkəran şəhər İcra Hakimiyyəti
Lənkəran şəhər İcra Hakimiyyəti
Lənkəran şəhər İcra Hakimiyyəti
Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər İcra Hakimiyyəti