SON XƏBƏRLƏR

Lənkəran rayonu Sütəmurdov kənd qəbiristanlığında şəhid Rəşid Məmmədovun məzarı ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində verir.

Şəhidimizin məzarını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələri ziyarət ediblər. Ənənəvi olaraq kənd qəbiristanlığındakı bütün şəhidlərimizin qəbirləri önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə səmimi söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Şəhid atası Rəşad Məmmədov övladına verilən dəyərə və diqqətə görə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Məmmədov Rəşid Rəşad oğlu ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.