SON XƏBƏRLƏR

Lənkəranda Vətən müharibəsi şəhidi Ağazadə Sənan Nizami oğlunun anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.

Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub. İcra başçısı şəhidin ailə üzvləri ilə yaxından maraqlanıb, onların ehtiyac və qayğılarını öyrənib. Şəhid valideynləri ilə səmimi söhbət edən Taleh Qaraşov bildirib ki, dövlətimiz və xalqımız var olduqca əziz şəhidlərimizin xatirəsi daim uca tutulacaq və hər zaman hörmətlə anılacaq.

Qeyd edək ki, Sənan Ağazadə ölümündən sonra Prezidentin sərəncamlarına uyğun olaraq, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə