SON XƏBƏRLƏR

Lənkəranda şəhid Rəşid Rəşad oğlu Məmmədovun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 noyabr tarixində verir.

Ziyarətdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və idarənin tabeliyində fəaliyyət göstərən Lənkəran Uşaq Rəssamlıq Məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Öncə ziyarətçilər şəhidin xatirə bulağını və məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin valideynlərinə baş çəkərək Rəşid Məmmədovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışılıb.

Sonda rəssam Tərlan Sadıqovun çəkdiyi şəhid Rəşid Məmmədovun portreti ailəsinə təqdim olunub və əziz xatirəsinə bir daha ehtiram ifadə olunub.

Qeyd edək ki, şəhid Rəşid Məmmədov Lənkəran Uşaq Rəssamlıq Məktəbində təhsil alıb.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda