SON XƏBƏRLƏR

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları şəhid Mirməhəmmədəli Tərlan oğlu Rzazadənin ailəsini və məzarını ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində verir.

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mirməhəmmədəli Rzazadənin ikinci ildönümü ilə əlaqədar onun məzarı və ailəsi ziyarət olunub, şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb, xatirəsinə dualar oxunub.

Qeyd edək ki, Mirməhəmmədəli Tərlan oğlu Rzazadə 13 iyul 1997-ci ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olub. Vətən müharibəsində, Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon