SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov baş leytenant Mais Qurbanəli oğlu Abbasovun yaşadığı evin önündə xatirə lövhəsinin açılış mərasimində iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 sentyabr tarixində Lənkəran ŞİH-yə istinadən verir.

Mərasim zamanı icra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra təkcə ölkəmizin ərazi bütövlüyü bərpa olunmayıb, eyni zamanda Birinci Qarabağ müharibəsində canından keçən qəhrəman övladlarımızın qisası alınıb.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edən icra başçısı cəmiyyətin hər bir fərdinin şəhid valideynlərinə hörmətlə, ehtiramla yanaşmalı olduğunu qeyd edib.

Şəhid anası Zahirə Abbasova övlad itkisinin ağır olduğunu bildirib, bu hisslərlə yaşamağın çətinliyindən və mənəvi yükündən danışıb.

Çıxışlardan sonra şəhidimizin təhsil aldığı Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin şağirdlərinin ifasında vətənpərvərlik ruhunda və şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.