SON XƏBƏRLƏR

“Vətən sevgisi əxlaqi keyfiyyətdir, onun uğrunda şəhid olub əbədiyyətə qovuşanlar bu sevginin ən kamil formasını yaşayan insanlardır” – bu sözləri Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Sütəmurdov kəndində şəhid Zeynallı Elşad Elman oğlunun anım mərasimində bildirib.

Anım mərasimində başçı ilə yanaşı, icra hakimiyyəti aparatının rəsmiləri, şəhid ailələrinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Elşad Zeynallı dövlət başçısının sərancamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.