SON XƏBƏRLƏR

Lənkəran ŞİH başçısı Taleh Qaraşov rayonun Cil kəndində Vətən müharibəsi şəhidi Araz Həbibovun məzarını anım günündə ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində verir.

Ziyarətdə icra aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri və kənd ictimaiyyəti iştirak ediblər. Taleh Qaraşov şəhidin ailə üzvləri ilə yaxından maraqlanıb, onların qayğı və problemlərini dinləyib və dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, şəhidimiz Araz Həbibov ölümündən sonra İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.