Lənkəranda küçələrin işıq dirəkləri ilə təmin olunmasına baxmayaraq, yollar qaranlığa qərq olub. Bu haqda bu gün, 12 yanvar tarixində Cenublu.az xəbər verir.
Şəhərin mərkəzi küçələri sayılan Ş.İ.Xətai və Tofiq İsmayılovda artıq bir neçə aydır ki, işıq dirəkləri quraşdırılıb. Lakin son 4 gündə sakinlər işıqların müddətli şəkildə söndürülməsindən əziyyət çəkirlər. Onlar qeyd edirlər ki, gecə saatlarında işıq birdən-birə söndürülür. Bu da qarlı yollarda hərəkəti çətinləşdirir.
“Qaranlıq olur, ayağımızın altını görmürük. Onsuz hər yer buzdur, yıxılsaq, rahat haramızısa zədələyə bilərik. Aidiyyəti qurumlardan işıq məsələsini həll etmələrini xahiş edirəm”, – deyə sakin bildirib.