Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının keçmiş şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlunun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu haqda bu gün, 24 dekabr tarixində Cenublu.az Pravda.az-a istinadən xəbər verir.
İş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciətləri əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu xidməti vəzifəsinin icrası ilə bağlı vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
N.Nuriyevin vətəndaşa xəstəliklə əlaqədar epikrizin təqdim edilməsi, eləcə də məzmununa bilə-bilə saxta məlumatlar daxil etdiyi tibbi sənədlərin həmin şəxsə əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müvafiq elektron sistemə göndərilməsi müqabilində onun qohumundan rüşvət almasına dair əsaslı şübhələr müəyyən edilib.