SON XƏBƏRLƏR

Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin qarşısını su basıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Sakinlərin sözlərinə görə, bura 7-8 il öncə təmir olunsa da, hər il bu cür mənzərə müşahidə olunur.

“Hələ yağış o qədər də güclü yağmayıb. Leysan zamanı, ümumiyyətlə, ərazidən keçmək olmur. Tamet vurulan zaman bucaq düz qoyulmayıb deyə bu hal baş verir”, – deyə sakinlər bildiriblər.

Foto Cenublu.az
Foto Cenublu.az