SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinə şöbə müdiri təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

Belə ki, Lənkəran Şəhər İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müdir vəzifəsinə Cəmil Məmmədzadə təyin olunub.

Qeyd edək ki, Cəmil Məmmədzadə Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibi, Lənkəran rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, SSR Ali Sovetinin deputatı seçilmiş və mədəniyyət komissiyasının üzvü Sərhad Məmmədovun nəvəsidir.