SON XƏBƏRLƏR

Taleh Qaraşov təqvim planına uyğun olaraq, Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş keçirib.  Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az Lənkəran ŞİH-yə istinadən xəbər verir.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan qəbul-görüşdə torpaqlarımızın, ərazi bütövlüyümüzün, suveren hüquqlarımızın və sərhədlərimizin bərpası zamanı canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına qarşı hər zaman həssaslığı ilə seçilən T.Qaraşov onların hər biri ilə yaxından maraqlanıb, istək və qayğılarını yerində dinləyib, qaldırılan məsələlərin yerində həllindən ötrü göstəriş və tapşırıqlarını verib.

İcra başçısı şəhər sakinlərinin hər birinin qayğı və problemlərini həssaslıqla dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib və bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.

Şəhər əhalisi mövcud problemlərin həlli istiqamətində atılan hər bir addımı məmnuniyyətlə qarşıladıqlarını, fikir və narahatlıqlarını sərbəst ifadə etmək üçün yaradılan səmimi qəbula görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü