Lənkəran şəhər 10 nömrəli tam orta məktəbinə direktor təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində verir.
Belə ki, Təhsil naziri Emin Əmrullayevin 13.03.2023 tarixli imzaladığı əmrə əsasən, Sevil Əhmədəli qızı Əsədova Lənkəran şəhər 10 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu təyinatadək o, Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi olub.