SON XƏBƏRLƏR

Lənkəran şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri çətin vəziyyətə düşüblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 sentyabr tarixində verir.

Aldığımız məlumata görə, tədris ili başlamazdan öncə məktəbin təmir olunması barədə bildiriş alıblar və müəllim-şagird heyətini müvəqqəti olaraq Sütəmurdov kənd məktəbinə köçürüblər.

“Amma gəlib görürük ki, məktəbi təmir etmək əvəzinə, köhnə əşyaların saxlanc yeri kimi istifadə edirlər. Biz şəhərdən hər gün kəndə məktəbə gedirik, bu çətinliyə dözürük ki, məktəbimiz təmir olunsun, amma onun əvəzinə, məktəbimizi anbara çeviriblər”, – deyə onlar öz şikayətlərini bildiriblər.

Məsələ ilə bağlı Lənkəran-Astara Təhsil İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verən olmadı.

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)