SON XƏBƏRLƏR

Lənkəranda 10 kəndin 30 minə yaxın əhalisinə xidmət edən Ailə Sağlamlıq Mərkəzinin korpusları qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində verir.

Söhbət rayonun Şağlaser kənd Ailə Sağlamlıq Mərkəzindən gedir. 3 korpusdan ibarət olan Sağlamlıq Mərkəzi qəzalı vəziyyətdədir.

Hazırda mərkəzdə 39 tibb personalı çalışır. Əvvəllər xəstəxana 25 çarpayılıq olsa da, sonradan çarpayıların sayı 50-yə çatdırılıb.

Sakinlər bildiriblər ki, şəhər mərkəzindən kəndə təqribən 16-17 km məsafə var. Təcili bir hal olduqda onlar şəhərə çox gec çatırlar və bu səbəbdən də xəstənin səhhəti ciddiləşir və bəzi hallarda ölümlə nəticələnir.

Qeyd edək ki, Şağlaser Ailə Sağlamlıq Mərkəzi Lənkəranın dağ kəndləri də daxil olmaqla 10-a yaxın kənddən təqribən 30 minə yaxın əhaliyə xidmət göstərir.