SON XƏBƏRLƏR

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 və 8 nömrəli tam orta məktəblərdə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda şagirdlərlə görüşlər keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a  verilən məlumata görə, tədbirdə çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Şöbə rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu nəzərə çatdırıb.

Sonra çıxış edən Lənkəran rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev və digərləri narkomaniya bəlasının ağır nəticələri barədə ətraflı məlumatlar verib, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər