Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdə 1 kiloqramdan artıq heroin aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.
Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini, 53 yaşlı Məmmədov Tərlan Bahadır oğlu saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.