SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Qızılağac Milli Parkının ərazisində elektrik cərəyanı ilə ov etdiyi üçün saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində verir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz balıq ovlayan Lənkəran rayon sakini R.Mustafayev saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.

R.Mustafayevin təbiətə 1.089 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Astara iqtisadiyyat
İqtisadiyyat

Astarada ümumi məhsul və xidmətlərin həcmi artıb

Astara rayonunda 2022-ci ilin yanvar-dekabr aylarında ümumi məhsul və xidmətlərin həcmi 15,3 faiz artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində Azertac-a istinadən verir. Rayon iqtisadiyyatının əsas sahələri