SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Bakı şəhərində bir şəxsdən 2 ədəd mobil telefon oğurlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Belə ki, Səbail rayon Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini R.İbadzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.