SON XƏBƏRLƏR

Lənkəran rayon sakini törətdiyi oğurluq əməlinə görə Bakıda saxlanılıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə 5000 manat dəyərində 530 ədəd lotereya oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşları məsələ ilə bağlı əməliyyat tədbirləri başladıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, evdən lotereyanı oğurlayan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Şəfiyevdir.

Məsələ ilə bağlı araşdırma aparılır.