SON XƏBƏRLƏR

Bu gün, 12 sentyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Rəsilə Arifqızının cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub. Bu haqda məlumatı Cenublu.az Bizim.media-ya istinadən verir.

Belə ki, Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlərin bir qismi iştirak etmədiyindən proses növbəti həftəyə təyin olunub.

Qeyd edək ki, ötən məhkəmədə Rəsilə Arifqızının ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur.