SON XƏBƏRLƏR

Lənkəranda Yeni il bayramı ilə əlaqədar sosial qayğıya ehtiyacı olan sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 28 dekabr tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin kollektivi oğlanlar üçün 2 nömrəli ailə tipli kiçik qrup evində sosial qayğıya ehtiyacı olan sakinləri ziyarət edib. İdarənin rəisi Teymur Babazadə çıxış edərək uşaqlara diqqət və qayğının bizim hər birimizin vəzifə borcu olduğunu bildirərək  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini bildirib və sosial qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə bayram hədiyyələri təqdim edib.