Lənkəran Peşə Liseyinin yenidən qurulması layihəsi davam etdirilir. Bu haqda bu gün, 31 oktyabr tarixində Cenublu.az liseyin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Lisey 7 korpusdan ibarətdir. Ərazidə fərqli binalar, emalatxanalar və tələbələrin istifadəsinə veriləcək digər tikililərin inşası davam etdirilir. Buraya müxtəlif peşələrlə bağlı emalatxana kompleksi, idman kompleksi, avtotəmir emalatxanası, kənd təsərrüfatı ixtisasları ilə bağlı istixana kompleksi, kulinariya mərkəzi, yataqxana və otel kompleksi daxildir.
Hazırda kompleksin beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Yeni inzibati binaların növbəti tədris ilində istifadəyə verilməsi planlaşdırılıb.