Lənkəranda yerləşən “Oba market”in administratoru vəzifəsində işləyən Şahbuz Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 aprel tarixində Apa-ya istinadən verir.
Cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, hakim İslam Neymanovun icraatına verilib.
Qeyd edək ki, “Oba market”də 2017-2018-ci illərdə administrator işləmiş 33 yaşlı Şahbuz Nizami oğlu Novruzovun həmin müddətdə 51 min 845 manat 2 qəpik dəyərində malları mənimsəməsi faktı üzə çıxıb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi açılıb.