SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Nizami küçəsinə işıq dirəkləri quraşdırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 yanvar tarixində verir.

Ərazidə işıq dirəklərinin olmaması barədə daha öncə saytımıza müraciət edən sakin bildirib: “Salam, Cənublu.az saytı. Sizə təşəkkür edirəm. Yadınızda olarsa, sizə yayda şəkil göndərmişdim, küçədə işıq dirəkləri yox idi. 3 gün olar dirəkləri qurdular və bu gündən işıqlar yanır. Minnətdaram bir daha (Lənkəranda Nizami küçəsi, dalan 1)”.