SON XƏBƏRLƏR

Lənkəran rayonunun Viyən kənd tam orta məktəbinin XI sinif şagirdinin döyülməsinin təfərrüatları məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 noyabr tarixində Xəzər Xəbərə istinadən verir.

Belə ki, yaxınlarının sözlərinə görə, onun kənddə heç kimlə bir münaqişəsi olmayıb, özü də ali məktəbə hazırlaşırmış.

“Axşam nənəsini xalasıgilə yola salaraq, evə qayıdıb. Daha sonra həyətdə uşaqlarla oynayıb. Sonra gedib və bir saat sonra qayıdanda isə qan içərisində olub”, – deyə yaxınları bildirir.

Qeyd edək ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi axşam saatlarında kəndin ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Həkimlər şagirdin vəziyyətini orta ağır qiymətləndiriblər.