SON XƏBƏRLƏR

TƏBİB-in tabeliyində olan Lənkəran Mərkəzi Xəstəxanasına həkimlər axtarılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 avqust tarixində Report.az-a istinadən verir.

Belə ki, xəstəxanaya anestezioloq-reanimatoloq, hematoloq, infeksionist, kardioloq, mama-ginekoloq, nefroloq, neonatoloq, onkoloq, otorinolarinqoloq, pediatr, psixiatr, revmatoloq, travmatoloq-ortoped və uroloq üzrə vakansiyalar elan edilib.

Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:

  • şəxsiyyətini təsdiq edən sənəd;
  • əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
  • əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);
  • xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
  • seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).

Sənəd qəbulu 31 avqustadək davam edəcək. İşə qəbul olmaq istəyən həkim-mütəxəssislər anket formasını https://bit.ly/3JAIFcx dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, anketin müvafiq bölməsində qeyd etməlidir.

Astara yardım
Aktual

Astaralılardan Türkiyəyə dəstək

Astara sakinləri də qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir. Belə ki, yardım toplama məntəqəsi “Optimal” mağazasındadır. Mağaza “Qardaşlar” marketinin yaxınlığında, “Güvənli”

Astara yardım
Aktual

Astaralılardan Türkiyəyə dəstək

Astara sakinləri də qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir. Belə ki,