SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsindəki “Maarif” Tədris Mərkəzi ilə üzbəüz ərazi zibillənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində verir.

Belə ki, qeyd olunan küçənin yaşayış olmayan ərazisinə naməlum şəxs və ya şəxslər tərəfindən məişət tullantıları atılıb. Ərazidə yaşayan sakinlər bildirirlər ki, pis qoxu və natəmizlik üzündən ərazidən keçmək olmur.