SON XƏBƏRLƏR

Lənkəran şəhər Zərifə Əliyeva küçəsinin sakinləri bu gün, 8 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.

Belə ki, 15-ci blokun sakinləri bildirirlər ki, yağış yağan zaman su onların bloklarına dolur.

“Biz Vergi tərəfdən 2-ci blokda qalırıq. Hər yağış yağanda blokdan çıxmaq olmur. Amma problem tək bizdə deyil, bütün bloklarda var. Məcbur olub, taxta qoyub, elə keçirik. Ümid edirik ki, aidiyyəti qurumlar yaxın zamanda məsələni həll edərlər”, – deyə sakinlər öz müraciətlərində bildiriblər.