SON XƏBƏRLƏR

Qarlı hava şəraiti ilə əlaqədar Lənkəran şəhər məktəblərində istiliklə bağlı problemlər yaranıb. Bu iddia ilə valideynlər bu gün, 10 yanvar tarixində Cenublu.az-a müraciət ediblər.

Əsasən, şəhər 2 saylı tam orta və 4 saylı humanitar təmayüllü məktəb-liseyin valideynləri bizə müraciət edərək bildiriblər ki, son 2 gün ərzində məktəbdə istilik yoxdur.

“Rəsmi qurumlar qarlı hava şəraitinin məktəblərdə davamiyyətə təsir etdiyini söyləyirlər. Amma demirlər ki, məktəblərdə istilik yoxdur. Hava soyuyan kimi istiliyi kəsdilər. Soyuq sinif otağında şagirdlər necə otursunlar axı?”, – valideynlər bildiriblər.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədovla əlaqə saxladıq.

Namiq bəy məsələni araşdırdıqdan sonra bildirdi: “Həm Təhsil şöbəsinin rəhbəri, həm də məktəb rəhbəri ilə əlaqə saxladıq. Hazırda qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Ayın 8-dən 9-na keçən gecə bütün məktəblərin qaz xəttində güclü qaz sızması aşkar olunmuşdur. Ona görə də dünən səhər saatlarında, hardasa 2-3 saat ərzində məktəblərə qazın verilişi dayandırıldı. Daha sonra problemi aradan qaldırdıq və qazın verilişi bərpa olundu. Hal-hazırda heç bir məktəbdə istiliklə bağlı problem yoxdur”.

 

Masallı lük
Yollarda vəziyyət

Masallıda açıq vəziyyətdə olan lük təmir olunub

Masallı şəhəri, H.Əliyev prospektində yağış suları üçün nəzərdə tutulan lükün açıq vəziyyətdə olması haqda məlumat vermişdik. Belə ki, Masallı şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, köhnə bazarın yaxınlığında, “Bank Respublika”nın