SON XƏBƏRLƏR

Lənkəran rayonunun Hirkan qəsəbə tam orta məktəbinin komandası Beynəlxalq STEAM Azərbaycan – SAF 2022 festivalında bürünc medalın sahibi olublar. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edən məktəbin “Hirkan Team “komandası “VEX İQ” kateqoriyası üzrə finalda III yerə layiq görülüb.

Cənublu.az komandası adından qalib gəncləri təbrik edirik!