SON XƏBƏRLƏR

Lənkəranda magistratura pilləsinə imtahan fevralın 19-u keçiriləcək. Bu haqda məlumat bu gün, 16 fevral tarixində Dövlət İmtahan Mərkəzinin rəsmi saytında paylaşılıb.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı Lənkəranda 2 binada təşkil olunacaq. İmtahan verənlərin nəzərinə çatdırılır ki, imtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır.

Qeyd edək ki, Lənkəranda 406 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlacaq və 3 saat davam edəcək.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

  •  – Şəxsiyyəti təsdiq edən sənədin əslini;
  •  – “İmtahana buraxılış vərəqəsi”ni.
Piyada zolağı
Yollarda vəziyyət

Lənkəranın mərkəzində piyada keçidi xətti pozulub

Lənkəranda sakinlərin təhlükəsizliyini təmin edən piyada keçidi xəttinin yenilənməyə ehtiyacı var. Bu haqda bu gün, 30 mart tarixində Cenublu.az xəbər verir. Sözügedən keçid Heydər Əliyev prospektində yerləşir. Lənkəran şəhər İcra