Lənkəranda qanun pozuntularına yol verən obyektlər cərimələnib. Bu haqda bu gün, 27 dekabr tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Qida Təhlükəsizliyinin keçirdiyi monitorinqlər nəticəsində aşağıdakı Girdəni kənd mağazalarında qanun pozuntuları qeyd olunub:
- “Dəmirağac” market
- “UFA” market
- “Girdəni” market
Mağazalarda obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu müşahidə edilib.