SON XƏBƏRLƏR

Lənkəranda fəaliyyət göstərən gəmiçilərə texniki talonlar verilib. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.

Balıqçılar qəsəbəsində kiçikhəcmli gəmi istifadəçisinin müraciəti əsasında FHN tərəfindən qayıqlara texniki baxış keçirilib. Baxış zamanı gəmilərdə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü və digər avadanlıqlarla təchizatı yoxlanılıb.

Qeyd edək ki, yoxlanış üçün 109 asma mühərrikli qayıq sahibləri tərəfindən FHN-yə müraciət daxil olub. Onlardan 98-nə üzməyə icazə verən texniki talon təqdim olunub.