SON XƏBƏRLƏR

Lənkəranda kənd turizmi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsinə dair görüş keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.

Heydər Əliyev Mərkəzində keçiriləcək görüş 16 sentyabr saat 11:00-da baş tutacaq.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Dövlət Vergi Xidməti, Azərbaycan Dövlət Turizm Agentliyi, Dövlət Reklam Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Turizm Agentlikləri, Turizm Bələdçiləri, Hotellər, DAİR Hotellər və Restoranlar Assosiasiyaları, müvəkkil kredit təşkilatları, müvafiq sahibkarlıq subyektləri iştirak edəcəklər.

Ətraflı məlumat üçün (055) 500-12-48 nömrəsi və ya [email protected] imeyli vasitəsilə əlaqə saxlamaq olar.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər