SON XƏBƏRLƏR

23 sentyabr tarixində məktəbdən çıxdıqdan sonra evə geri dönməyən qız tapılıb. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az Qafqazinfo.az-a istinadən xəbər verir.

11-ci sinif şagirdi Şahnaz Elşad qızı Hüseynovanın itkin düşməsi ilə bağlı polisə müraciət olunub. DİN-in əməkdaşlarının axtarışları nəticəsində 16 yaşlı Şahnaz bu gün günorta saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.