SON XƏBƏRLƏR

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri təltif ediliblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 may tarixində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışmada ümumtəhsil müəssisələrinin 40-dan artıq 8-11-ci sinif şagirdi iştirak edib. Nəticələrə əsasən, 1-ci yerə 6 saylı məktəb-liseyin şagirdi Fatimə Tağızadə, 2-ci yerə Liman şəhər 1 saylı tam orta məktəbin şagirdi Zəhra Nurəlizadə, 3-cü yerə Şıxəkəran kənd tam orta məktəbinin şagirdi Elvira Səfərzadə layiq görülüblər.

Qaliblər Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.

Müsabiqə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.