SON XƏBƏRLƏR

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün zona təlimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində İcra Hakimiyyətinə istinadən verir.

Tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı rayonlarının nümayəndələri iştirak ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edərək, ictimai iştirakçılığın önəmindən danışıb. O bildirib ki, dövlət idarəetməsi hər dövrün öz obyektiv zərurətindən irəli gələn modellər və metodlar əsasında həyata keçirilir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı çıxış edərək bildirib ki, Agentlik tərəfindən may-iyun ayları ərzində 9 iqtisadi rayon və Bakı şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının yekun nəticəsi olaraq ictimai iştirakçılıqla bağlı təlimlərə başlanılıb. Onun sözlərinə görə, bütün rayonları əhatə edəcək proqramda 859 nəfər iştirakçının təlimlərə qatılması nəzərdə tutulub. E.Çaparlı ictimai iştirakçılığın aktual mövzu olmasından və regionlarda ictimai şuraların aktivləşməsi üçün bu cür təlimlərin keçirilməsinin önəmindən danışıb.

Çıxışlardan sonra təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB-nin sədri, hüquqşünas Mirəli Hüseynov “İctimai iştirakçılığın hüquqi əsasları, məqsədləri və formalar”ı; “İctimai Şuralar, onların hüquq və vəzifələri, fəaliyyət çərçivəsi, reqlamenti, fəaliyyətinin təşkili, dövlət orqanlarının formalaşması” mövzularında təlimlər keçiriblər.

Nəzəri biliklərdən sonra təlimlər interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Lənkəran ŞİH
Lənkəran ŞİH

 

O biri otaq
Sizi maraqlandıran

Lənkəranda “Açıq mikrofon”un növbəti görüşü keçiriləcək

Lənkəranda yerləşən “O biri otaq”da gənclərlə “Açıq mikrofon”un növbəti görüşü keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində verir. Görüş “Başla” nəşriyyatının təsisçisi Firudin Həsənovla olacaq. Həmçinin görüşdə