SON XƏBƏRLƏR

Lənkəran rayonu Haftoni qəsəbə icra nümayəndəliyinin əməkdaşı intihar edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 sentyabr tarixində sosial şəbəkələrə istinadən verir.

Hadisə 29 sentyabr Kosalar kəndində, məmurun yaşadığı evin həyətindəki yardımçı tikilidə baş verib.

35 yaşlı Ramil Abdullayevin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Qeyd edək ki, Ramil Abdullayev daha öncə Kosalar kəndinin icra nümayəndəsi vəzifəsində çalışıb. O, bir müddət əvvəl Haftoni qəsəbə nümayəndəliyində mühasib vəzifəsinə təyin olunub.

Faktla bağlı araşdırma aparılır.